Əlbəttə, radikal dindarlar bir çox axmaq şeylərə qadirdirlər, amma hər halda,
cəmiyyətdə “Əbu-Bəkr” məscidində baş verənlərə olan yanaşma öz səthiliyilə adamı heyrətləndirir. Hamı məsələni ancaq iki qrupun arasındakı narazılıq zəminində nəzərdən keçirir, bəziləri isə “vəhabilər bir-birini” partlatdı,- deyərək, kinayə edirlər. Amma gəlin, olaya bir qədər geniş aspektdə yanaşmağa çalışaq.
“Vəhabi” anlayışına və onun Azərbaycandakı qavrayışına əvvəllər dəfələrlə toxunduğumuzdan, təzədən bu məsələyə qayıtmaq istəməzdik. Sadəcə, onu deyək ki, radikallıq – istənilən məzhəbdə böyük problemdir və diqqəti təkcə bir istiqamətə yönəltmək ciddi səhvdir. Pisi odur ki, Azərbaycanda dini radikalizm yavaş-yavaş da olsa, hər halda, akkumlyasiya olunur.
Davamı...