YAZARIN YENİ KİTABI: "HƏR SABAH YAŞAM" - ARTIQ SATIŞDA:::::::::::: «Külək əsir. Hava lüm-lüt, əsir-yesir; keçənləri xatırladır mənə bir-bir...»::::: “Həyat tərzimin daim dəhşətli hücum və qınaqlara məruz qalan sürreal məzmunu mənim hər sabah yenidən yaşamağımın yeganə səbəbkarıdır”. Bu sözlər yazar Pərvizin yenicə işıq üzü görmüş “Hər sabah yaşam” kitabının arxa səhifəsində müəllifin şəklinin altında yazılıb. “Bakı-Şirvannəşr” nəşriyyatında çap olunan kitaba bu dəfə yazarın ancaq şeirləri salınıb. Pərvizin özünəməxsus yaradıcılığı ilə tanış olanlar yəqin ki, bu kitabı almağa, yeni dünyanın rəngləri ilə tanış olmağa can atacaq. 215 səhifəlik kitabın redaktoru “Azadlıq” qəzetinin həbsdə olan baş yazarı Qənimət Zahiddir - təbii ki, fəxri. Bu, sayca Pərvizin ikinci kitabıdır. Diqqətli oxucuların yəqin yadındadı ki, yazarın “Öləngi” adlı ilk kitabının da redaktoru Qənimət Zahid olub. “Qənimət qənimət olaraq nə qədər qalacaqsa, bütün kitablarımın redaktoru da o olacaq”. Bu isə Pərvizin fikridir. Allah başacan eləsin. P.S. Kitabı əldə etmək istəyənlər 3 manatlarından keçib bir dünya qazanacaqlar. ƏLAQƏ TELEFONU: 050 597 05 75.. İÇ-İÇƏ - içi olanların EVİ
Reklam verin!
Azad Soz - Azad ruh

İÇ-İÇƏ


İlin, Günün nə vədəsiydi, kim bilir...

Bizimkilər səhəri açıb uyqudan ayılmışdı, sizinkilər şam eləyib yatmağa hazırlaşırdı. Biçinçilər nahara çıxıb boxçalarını açırdı. Ömür vardı, Gün yoxdu.

Davamı...

Açar sözlər: iç-içə 

Yazar: PARVİZ | Tarix: Aprel 25, 2008 13:26 Yazını "XəbərNamə"yə göndər! | proza | Şərhlər(3) | Baxış sayı: 129

Quşlar, döyməyin aynamı...

 

 

“Kirvə” Zeynəb Xanlarovanın ilk konsertini, dediyinə görə, Montində hansısa konsert zallarından birində dinləyən günün sabahı Azərbaycandan çıxıb getmişdi bir baş Sibirə.

“Ha Sibir, ha qəbir... Sibir bataqlıqdı, düşdünmü, bir də burdan çıxa bilməzsən...”

Davamı...

Açar sözlər: quşlar-döyməyin-aynamı 

Yazar: PARVİZ | Tarix: Aprel 11, 2008 1:26 Yazını "XəbərNamə"yə göndər! | proza | Şərhlər(1) | Baxış sayı: 120

Mübarizlə hin itaətsizliyi

  

Onun adı Mübarizdi; eyni adlı, “ə” saitiylə bitən verilişi yoxdu; heç ömrünü də eyni adlı saymaq olmaz. Onunku olsa-olsa, passiv seyrçilikdi - ilk baxışdan düşünə bilərsən. Ancaq mən, onu illərdən bəri tanıyan bir adam səni inandırıram ki, o, passiv seyrçi deyil, dərindən götür-qoy eləyəndə, hökumətlərə, iqtidarlara, prezidentlərə... bütün dünyaya, Tanrının özünə belə, passiv itaətsizlikdədi.

Davamı...

Açar sözlər: mübarizlə-hin-itaətsizliyi-tam-mətn 

Yazar: PARVİZ | Tarix: Aprel 3, 2008 22:41 Yazını "XəbərNamə"yə göndər! | proza | Şərhlər(0) | Baxış sayı: 102

Mübarizlə hin itaətsizliyi

 

(köşə-hekayə. İxtisarla)

 

Onun adı Mübarizdi; eyni adlı, “ə” saitiylə bitən verilişi yoxdu; heç ömrünü də eyni adlı saymaq olmaz. Onunku olsa-olsa, passiv seyrçilikdi - ilk baxışdan düşünə bilərsən. Ancaq mən, onu illərdən bəri tanıyan bir adam səni inandırıram ki, o passiv seyrçi deyil, dərindən götür-qoy eləyəndə, hökumətlərə, iqtidarlara, prezidentlərə... bütün dünyaya, Tanrının özünə belə passiv itaətsizlikdədi.

Davamı...

Açar sözlər: qəttəzə-hekayə 

Yazar: PARVİZ | Tarix: Mart 24, 2008 19:21 Yazını "XəbərNamə"yə göndər! | proza | Şərhlər(6) | Baxış sayı: 141

PƏRVİZ

AĞ BAYRAQ

(Kilkə - 7)

I KAĞIZ

Əyilib boğazını irəli uzatdı, ağzındakı siqareti qaz piltəsində alışdırdı. Qaz cızıldayıb söndü. "İndi də burdan dammağa başladı", - deyib, diqətlə tavana baxdı. Heç nə sezmədi. Key-key "çırt" eləyib küçəyə çıxdı. Siqaretə təzə bir qullab vuranda ağzına suda söndürülmüş siqaret tamı gəldi, öyüdü, siqaretin tamam islanıb ovulduğunu gördü. Kötüyünü barmaqlarının arasına qoyub havaya sıxdı. Əlini cibinə saldı. Yenicə açdığı qutu da islanmışdı. Təəccübləndi.

Davamı...

Açar sözlər: kilke-ag bayraq 

Yazar: PARVİZ | Tarix: Fevral 6, 2008 12:07 Yazını "XəbərNamə"yə göndər! | proza | Şərhlər(1) | Baxış sayı: 101

Sevilməyə bir stansiya qalmış

 

 (povest)

BEŞİNCİ KƏLMƏ

    

"Diqqət-diqqət!

Birinci xətdən yola çıxan sürət qatarına minik başa çatır! Sərnişinlərdən xahiş olunur ki, fikirlərini cəmləsinlər..."

Səs cansızdı; lent yazısı olduğu gün kimi aydındı; ən maraqlısısa oydu ki, yazı nəsə ağzıbağlı dəmir qutu içində lentə alınmışdı.

Dörddcə vaqonluq qatar gözalabildiyindən çox iri, çox da nəhəng gəldi gözünə; azmanlığı gözə sığmasa da, duyulandı.

Davamı...

Açar sözlər: po-vest 

Yazar: PARVİZ | Tarix: Yanvar 30, 2008 0:29 Yazını "XəbərNamə"yə göndər! | proza | Şərhlər(0) | Baxış sayı: 95

Qabaqki yazılar

- Yazını "XəbərNamə"yə göndər! ">DƏFNƏLİ ŞEİR
- Yazını "XəbərNamə"yə göndər! ">DƏFNƏLİ ŞEİR
- Yazını "XəbərNamə"yə göndər! ">DƏFNƏLİ
- Yazını "XəbərNamə"yə göndər! ">DƏFNƏLİ ŞEİR
- Yazını "XəbərNamə"yə göndər! ">"DEDEKTİV" qəzetinin 22 yanvar 2000-ci il sayında dərc olunub
- Yazını "XəbərNamə"yə göndər! ">"AZADLIQ"+"PROLOQ"
- Yazını "XəbərNamə"yə göndər! ">DƏFNƏLİ ŞEİR
- Yazını "XəbərNamə"yə göndər! ">dəfnəli
- Yazını "XəbərNamə"yə göndər! ">dəfnəsiz
- Yazını "XəbərNamə"yə göndər! ">Eurovision-2008
- Yazını "XəbərNamə"yə göndər! ">dəfnəli şeir
- Yazını "XəbərNamə"yə göndər! ">DƏFNƏLİ ŞEİR-13
- Yazını "XəbərNamə"yə göndər! ">"AZADLIQ"DA
- Yazını "XəbərNamə"yə göndər! ">"PROLOQ"DA
- Yazını "XəbərNamə"yə göndər! ">"AZADLIQ"
- Yazını "XəbərNamə"yə göndər! ">Dəfnəli şeir-6
- Yazını "XəbərNamə"yə göndər! ">Dəfnəli şeir - 8
- Yazını "XəbərNamə"yə göndər! ">yanır...
- Yazını "XəbərNamə"yə göndər! ">Dəfnəli şeir-7
- Yazını "XəbərNamə"yə göndər! ">intellektual
- Yazını "XəbərNamə"yə göndər! ">GÜNDƏM
- Yazını "XəbərNamə"yə göndər! ">OVQAT
- Yazını "XəbərNamə"yə göndər! ">POEZİYA
- Yazını "XəbərNamə"yə göndər! ">İNTERVÜ
- Yazını "XəbərNamə"yə göndər! ">YENİ ŞEİR
  Yazıların cəmi: 13    Sonrakı səhifə »