YAZARIN YENİ KİTABI: "HƏR SABAH YAŞAM" - ARTIQ SATIŞDA:::::::::::: «Külək əsir. Hava lüm-lüt, əsir-yesir; keçənləri xatırladır mənə bir-bir...»::::: “Həyat tərzimin daim dəhşətli hücum və qınaqlara məruz qalan sürreal məzmunu mənim hər sabah yenidən yaşamağımın yeganə səbəbkarıdır”. Bu sözlər yazar Pərvizin yenicə işıq üzü görmüş “Hər sabah yaşam” kitabının arxa səhifəsində müəllifin şəklinin altında yazılıb. “Bakı-Şirvannəşr” nəşriyyatında çap olunan kitaba bu dəfə yazarın ancaq şeirləri salınıb. Pərvizin özünəməxsus yaradıcılığı ilə tanış olanlar yəqin ki, bu kitabı almağa, yeni dünyanın rəngləri ilə tanış olmağa can atacaq. 215 səhifəlik kitabın redaktoru “Azadlıq” qəzetinin həbsdə olan baş yazarı Qənimət Zahiddir - təbii ki, fəxri. Bu, sayca Pərvizin ikinci kitabıdır. Diqqətli oxucuların yəqin yadındadı ki, yazarın “Öləngi” adlı ilk kitabının da redaktoru Qənimət Zahid olub. “Qənimət qənimət olaraq nə qədər qalacaqsa, bütün kitablarımın redaktoru da o olacaq”. Bu isə Pərvizin fikridir. Allah başacan eləsin. P.S. Kitabı əldə etmək istəyənlər 3 manatlarından keçib bir dünya qazanacaqlar. ƏLAQƏ TELEFONU: 050 597 05 75.. İÇ-İÇƏ - içi olanların EVİ
Reklam verin!
Azad Soz - Azad ruh

 QİÇS!

inamsızlıq
(yazıya əlavə olunub)

İnam çatışmazlığı sindromu

Maraqlı bir lətifə var. Bapbalaca boyu, dam dolusu toyu olan bir lilliput nəhəng və sərv boylu bir qadınla evlənir.

Davamı...

Açar sözlər:

Yazar: PARVİZ | Tarix: May 7, 2008 21:54 Yazını "XəbərNamə"yə göndər! | intellektual | Şərhlər(7) | Baxış sayı: 161

Namussuz ər...

Simsar yoldaşlardan birinin xanımı uzun sürən isti və qızğın dartışmamızın sonunda dəlil-sübutların qarşısında təslim olduğunu hiss elətdirsə də, açıq etirafı özünə sığışdıra bilmədi və çarəsizlik həyəcanı, çıxılmazlıq şiddəti içində belə dedi: "Ay Allah, vicdanlı, namuslu ər mənəmi qalmışdı?"

Davamı...

Açar sözlər: namussuz-ər 

Yazar: PARVİZ | Tarix: Mart 26, 2008 0:08 Yazını "XəbərNamə"yə göndər! | intellektual | Şərhlər(0) | Baxış sayı: 98

İT QORXAĞI

Sən bir söz adamısan. Və... Sən atandan qorxursan. İt yiyəsindən qorxan kimi. Atanla ucadan danışmağa qorxursan. Sən astadan danışanda atan qışqırır ki, kişisən, cüyüldəmə, bərk danış! Qorxursan. İndi nə danışa bilirsən, nə susa!

Davamı...

Açar sözlər: peşəkarliq 

Yazar: PARVİZ | Tarix: Fevral 22, 2008 11:29 Yazını "XəbərNamə"yə göndər! | intellektual | Şərhlər(0) | Baxış sayı: 95

***

Üstünüzə sağlıq, bir dəfə yamanca xəstələnmişdim. Qızdırmanın içində qovurulur, sancıdan ilan vurmuş ilan kimi qıvrılırdım. Ən ağrıkəsici, yuxugətirici iynələr belə zərrəcə təsir göstərmədi. Onda xahiş elədim ki, hekayələrimdən birini üstümdə oxusunlar. Hekayə əzəli əbədi yurda köç üstə olan, arxasınca gələsi səmavi atların fınxırtısını duyan, nallarının səsini damarlarında eşidən, ağızlarından çıxan ilahi buğdan vücudu tərləyən bir sürgünlünün yad, yəni bizim dildə son "sağ olun" kəlməsini deyəcəyi anı səbirsizliklə gözlədiyi bir vəsfi-hal idi. Ricam qəribə qarşılansa da, anındaca yerinə yetirildi inanın ki, məni yarı yoldan geri qaytardı. O hekayə mənim ən sevdiyim, ən ağrılı həm ən alınmayan hekayəmdi...

Davamı...

Açar sözlər: xatakar-fikirler-dili 

Yazar: PARVİZ | Tarix: Fevral 20, 2008 22:11 Yazını "XəbərNamə"yə göndər! | intellektual | Şərhlər(11) | Baxış sayı: 159

Mario Pyuzoya

İnsanın ümidi öləndə özü ölür, deyirlər. Ümidsiz adamsa ölmür. Ölmək təzələşməkdi. Pessimistə: "Vallah, çürüyəcəksən, öləcəksən", - deyirlər. Onu çürüdən - təzələşə bilməməsi, öldürən - ölə bilməməsidi. Təzələşə bilmədiyindən o, ölü kimi görünür. Min il yaşasa da eyni təəssürat bağışlayır. Qaxac olmuş baxışları dəyişmədən uzaqlara, min-min il sonraya baxır. Baxır, baxır, baxır... çox aydın görür. Apaydın. Eynən indiki zülmətin qaxaclaşımış min-min il sonrakı "indisini". qiyam başlayır. Pessimistimiz öldürməyə ümid gəzir. Ümid dilənməyə qalxır - içindən, çölündən. Tapa bilmir. Qiyam qızışır. Başlayır özünə cəza verməyə. Ölüm arzulayır. Ölüm tərs kimi, gəlmir ki, gəlmir. Öz əsərlərində (istər söz, istər təsviri, istər səs sənətində) ölümü yazır, ölümdən yazır. Ölümü təqlid eləyir. Hər əsərində öldüyünü özünə təlqin eləyir. Bununla, diriləşməyə, təzələşməyə can atır. Optimist oxucu heç şübhəsiz yanlış anlayır - sənətkarın ölümə səslədiyini düşünür. Bu əsər , müəllif ona vərəmli, qara, xəstə təxəyyüllü gəlir. Çünki bu əsər onun təhtəlşüurla istədiyinə cavab vermir. verə bilməz. Axı o nikbindi, ümidlidi. Gündə yüz ümid öldürüb min ümid istehsal eləyir. O, gerçək yaşam içində ölməkdən, doymuş məhlul kimi toxdu. Bu əsərlər təbii ki, ürəyini bulandırmalıdı.

Davamı...

Açar sözlər: pessimist 

Yazar: PARVİZ | Tarix: Fevral 20, 2008 0:34 Yazını "XəbərNamə"yə göndər! | intellektual | Şərhlər(2) | Baxış sayı: 102

Allahlar, Fədakarlıq, Saman çöpü...

Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,

Aldanma ki, şair sözü əlbəttə yalandır.

Bu beytdə dünyanın ən obrazlı paradokslarından birinin yatdığını tutmusuzmu? Bəlkə də hə, bəlkə də yox. Onda keçək mətləbə.

Davamı...

Açar sözlər: roman-kimi 

Yazar: PARVİZ | Tarix: Fevral 15, 2008 23:11 Yazını "XəbərNamə"yə göndər! | intellektual | Şərhlər(1) | Baxış sayı: 112

Qabaqki yazılar

- Yazını "XəbərNamə"yə göndər! ">DƏFNƏLİ ŞEİR
- Yazını "XəbərNamə"yə göndər! ">DƏFNƏLİ ŞEİR
- Yazını "XəbərNamə"yə göndər! ">DƏFNƏLİ
- Yazını "XəbərNamə"yə göndər! ">DƏFNƏLİ ŞEİR
- Yazını "XəbərNamə"yə göndər! ">"DEDEKTİV" qəzetinin 22 yanvar 2000-ci il sayında dərc olunub
- Yazını "XəbərNamə"yə göndər! ">"AZADLIQ"+"PROLOQ"
- Yazını "XəbərNamə"yə göndər! ">DƏFNƏLİ ŞEİR
- Yazını "XəbərNamə"yə göndər! ">dəfnəli
- Yazını "XəbərNamə"yə göndər! ">dəfnəsiz
- Yazını "XəbərNamə"yə göndər! ">Eurovision-2008
- Yazını "XəbərNamə"yə göndər! ">dəfnəli şeir
- Yazını "XəbərNamə"yə göndər! ">DƏFNƏLİ ŞEİR-13
- Yazını "XəbərNamə"yə göndər! ">"AZADLIQ"DA
- Yazını "XəbərNamə"yə göndər! ">"PROLOQ"DA
- Yazını "XəbərNamə"yə göndər! ">"AZADLIQ"
- Yazını "XəbərNamə"yə göndər! ">Dəfnəli şeir-6
- Yazını "XəbərNamə"yə göndər! ">Dəfnəli şeir - 8
- Yazını "XəbərNamə"yə göndər! ">yanır...
- Yazını "XəbərNamə"yə göndər! ">Dəfnəli şeir-7
- Yazını "XəbərNamə"yə göndər! ">intellektual
- Yazını "XəbərNamə"yə göndər! ">GÜNDƏM
- Yazını "XəbərNamə"yə göndər! ">OVQAT
- Yazını "XəbərNamə"yə göndər! ">POEZİYA
- Yazını "XəbərNamə"yə göndər! ">İNTERVÜ
- Yazını "XəbərNamə"yə göndər! ">YENİ ŞEİR
  Yazıların cəmi: 9    Sonrakı səhifə »