Navigation


RSS: Yazılar


poeziya

Noyabr 30, 2008 13:34, poeziya, Pərviz, Şərhlər(14)

BİZİ AYRILIQ QOYMUR ARALANMAĞA

 

 

Biz

tər-təmiz

dəmir yoluyuq birlikdə;

ölüncə qoşayıq,

dost-dosta,

qardaş-qardaşa,

baş-başayıq;

biz ömür-gün

yoldaşıyıq.

 

Sonuna qədər

ayrılmaq,

bir santim aralanmaq yox bizə.

 

Üstümüzdən

qatarlar keçər

ağır-ağır -

sərnişin qatarları -

çiçək kimi işıqlı,

yaraşıqlı,

şimşək kimi yeyin...

 

Üstümüzdən

qatarlar keçər

ağır-ağır -

neft qatarları -

içində işıq daşıyar,

çölündə qaranlıq -

fağır-fağır...

 

Sonuna qədər

ayrılmaq,

bir santim

aralanmaq yox bizə -

üstümüzdən

qatarlar keçər...

və qovuşmaq yox bizə - aramızda

qılınc kimi uzanıb gedən

qoşa ayrılıq...


Baxış sayı: 400
Açar sözlər: ayrılıq 



1
Qan Tural yazıb:

Salam qardaş

Şeir qəşəngdi

Ləzzət elədi səhər çağı

Noyabr 30, 2008 17:52

2
Asia Molen (Fransa) yazıb:

Perviz bey ugurlar... Dushundurdu bizleri...

Noyabr 30, 2008 19:55

3
Pərviz yazıb:

Sağ olun gözəl dostlar!

Noyabr 30, 2008 19:58

4
Muhasib yazıb:

Perviz bəy,
yeni şeir yeni şəkil çox super... Sizə ugurlar....

Noyabr 30, 2008 21:06

5
Şəms EL yazıb:

Pərviz, gözəldir...

P.S.:Bir nəfər mənə demişdi:
"Biz paralel geden
iki demiryol relsiyik..."
Demək, buna görə
birləşmədik...


Noyabr 30, 2008 23:51

6
Su yazıb:

çoxdandi şeirdən belə zövq ala bilmirdim...
təşəkkürlər sizə, Pərviz, ən azı bu şeirə görə, ən çoxu varlığınıza görə...

Dekabr 1, 2008 0:16

7
Aqil Xelil yazıb:

Fil, serin yeri var... Elelxusus qeribde dinlemek...
Ugurlar qardashim... Cox dushundurdu...

Dekabr 1, 2008 2:22

8
Yalquzaq yazıb:


Burda obyektiv şeir yarışması keçirilmişdi. Meydan verən ev sahibinə-təklif edirəm ki, bu şeiri və avtoqraf yazılmış bir “Hər sabah yaşam” kitabını Şəms Elə bağışlasın. Qaliblərin mükafatlandırılmaması ədalətsizlik olur...

Dekabr 1, 2008 15:59

9
Pərviz yazıb:

Hər kəsə sayqılar, sevgilər!

Yalquzaq dostumuzun dediyinə gəlincə isə, kitabımı sözə bağlı hər bir dosta sevə-sevə bağışlamaqdan ancaq sevinərdim. Ama, kimi, necə görməli və kitabı verməli?
Qoy Yalquzaq dostumuz bunun yolunu göstərsin və biz də o yolu gedək...

Dekabr 1, 2008 22:38

10
Yalquzaq yazıb:

Yaxşı ki, yalquzaqlar şairlərin, xüsusilə də xanım şairlərin evinin yolunu ı bilmirlər...

Şəms EL yəqin ki, ulduzlar gözdən itəndən sonra, mükafatına sahıb çılxmanın yolunu deyər.

Dekabr 1, 2008 23:34

11
Şəms EL yazıb:

Utandırdınız məni...

Amma türklər demiş, "emr-i vaki" oldu bir az...))

Yaxşı, çox naz etməyəcəm, mən razı! Bir şərtlə ki, içində ürək sözləri olsun, uzun-uzun...))

Dekabr 2, 2008 0:50

12
Pərviz yazıb:

Şəms, mən də sevindim. Qoy bu kitabı sənə necə çatdırmağın yolunu da Yalquzaq düşünsün. Mən hətta kitaba yazılacaq sözü də Yalquzağa etibar eləyirəm:

Kitabdakı ürək sözləri, elə "uzun-uzun"du... Qısa söz isə budu:

"Bu kitab başdan ayağa ŞƏMSİN vəsfidi - vaxtı oldu-olmadı..."

İndi qoy, yolu Yalquzaq göstərsin...

Dekabr 3, 2008 0:50

13
Şəms EL yazıb:

Eh, görmədinmi, Yalquzaq özünü çətinə salmaq istəmədi... grin

Özüm yol göstərəsi olacam, axırda...))

Dekabr 3, 2008 15:21

14
Yalquzaq yazıb:

Şəms minnətdar olaram, Yaquzağı bu məsuliyyətdən qurtarsan.
Əvəzini də çıxaram-"Toy düyünü" yazısındakı 12-13-cü şərhlərə qoşulmaqla... smile

Dekabr 3, 2008 15:53



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



Blog Haqqında


Pərviz


www.ichiche.azeriblog.com::::::::::::: OXUDUQLARINIZI ŞƏRH EDİN

Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar


Sorğu

"Yad dildə" romanını alacaqsınızmı?




Açar sözlər

dəfnəli-şeir  publisistika  öləngi  poeziya  ebulfez-elchibeyle-sohbet  özümdən-yaxşı-yazıçı-tanımıram  dünyanın-ən-gözəl-yası  qənimətin-yolunda-iki-il  qəzet-xəbəri-(şeir  elçibəylə-söhbət  elçibəyi-anırıq  azadlıq-bağı  ovqat  referendum  mərdanov-pərviz  pərviz  quşlar-döyməyin-aynamı  kişilər-birləşsin  yad-dildə  bizə-daha-nə-göstərəcəklər  anar-mahmudoğlu  zorlama  h.ə.kimmi-hakimmi-xanım  eurovision-2008  mənim-təmizkar-qadınım  roman-kimi  iç-içə  e-hüseynbəyli  şahbaz-xuduoğlu-pərviz  salam-sarvan  dənizin-ardı-özgürlük  orxan-fikretoglu  əliyev-və-mişa  azərbaycan-dövlətinin-son-savaşı  kitabdan-sonra  m-agacanqızı  iran-və-çal-çağır  jurnalist-həbsxanası  meruzechi  bayraq  aqil-xəlil  sən-mənə-ag  dildə-haqda  qatlama-bıçaq  asi-klub  cəmil-həsənli  qənimətin-allahı  qan-turalinin-pervizle-ikinci-sohbeti  pessimist  dəfnəli-şeir-4 


Sayqaç

İndi blogda: 2
Keçən ayın hiti: 10779
Dünənki hit: 240
Bugünki hit: 391
Ümumi hit: 58212


Müxtəlif