www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08. İÇ-İÇƏ - içi olanların EVİ
Reklam verin!
Azad Soz - Azad ruh

ŞAİR ÖLDÜ   

             

Şair öldü,  

öldürüldü,

canına qıydı...

bilinmədi,

ama öldü ölməyinə.

Bilinmədən

bu qətl kimin nəyinə?..

***

 

Dar dalanda

tapılmadı nəşi,

ağzı üstdə qalmadı;

evinə qalxan

qaranlıq pillələrdə

başına

armatur vurulmadı;

çörək paketiylə

boğulmadı;

tində pusu qurmadılar;

linç qurulmadı;

saplamadılar,

çatlayan

ürəyinin başından

nəfəslik açmadılar,

barı son kərə

içinə dünyadan işıq düşə,

günəş-günəş,

bir udum hava uda,

bir hovur

yanan ciyərini ovuda.

Hamı kimi yerdə

can üstdə qoyub

qaçmadılar

cəsədi...

şair son yol gülümsədi,

ama öldü ölməyinə.

 

***

 

Şairin

dodağında

laxtalanmış,

torpağa bulanmış

son nəfəsində

İlham pərisinin əl izi

şabalıdı bir teli...

şairin yumulmamış

gözlərində,

hələ aynası

yuyulmamış gözlərində

stop kadr -

İlham pərisinin üzü,

dolmuş

yaşıl

dəniz gözü.

 

***

 

İlham pərisi

şairdən

min işıq ili

uzaq

bir məkanda

o gecə yağan yağmurdan

asılmışdı,

yellənirdi,

çökmüşdü

tavan bulud.

 

Yağmur ilgəkdə

“Pəri” yazlmışdı,

şairin isti ölümündən danışan

hələ soyumamış

son şeiri yazılmışdı

şairin öz

dəsti-xəttiylə,

hərflərin mürəkkəbi axırdı

Pərinin bəyaz tənindən

qara şırımlarla

üzü aşağı.

Ah, qatillər,

ah,

it uşağı...

 

***

 

Şairin ölümünə

yer-göy ağlarkən,

çiçəyi çırtlayan

biri vardı.

İllərlə sevdiyi

qadınlar-qızlar

şairə vurulmuşdu,

ona yox,

buna yar olmuşdu.

Ona toxunası

isti-islaq dodaqlar

şairin sətirlərini

yandırmışdı,

soyutmuşdu.

Bunun gözlərini ağlar qoyub,

onu ovutmuşdu,

bunun yuxusunu ərşə çəkib,

onu uyutmuşdu.

 

Dərd əlindən

içdiyi zəhərdən

şair özünə bal kimi

şeirlər çəkmişdi,

öz İlham pərisiylə

bəxtəvər olmuşdu.

Onunla yaşam arasında

sipər olmuşdu.

 

***   

 

Şair öldü...

ölümünə göylər

qan ağlarkən

kəfəni üstünə,

biri      

rahat-rahat nəfəs alıb

sevincindən

qan-qırmızı şərab içir,

süzür üstünə-üstünə...

 

01.07.08


Açar sözlər: dəfnəli-şeir 

Yazar: PARVİZ | Tarix: İyul 2, 2008 10:51 | poeziya | Şərhlər(11) | Baxış sayı: 737

Şərhlər

1
DEV yazıb:

Yaxşı şeirdi. Amma bir məsələ var ki, belə ölüm olmue doğulmaq olur. Məncə bu doğulmaq üçün ölümdür. Ya da ölü doğulmaq təsvirləri. Hər halda bu fəlsəfə ekzisdensiyanın ürəyinə xəncər yeridir. Eşq olsun doğulmaq üçün ölən şairə!!!

İyul 2, 2008 14:02
2
Q.T. yazıb:

Düz deyirsən, şairin sevdikləri Ona yox buna qismət olur.

İyul 2, 2008 14:42
3

suprised suprised suprised Sadece hec ne deye bilmirem. Perviiiiiiiiiiz, ehseeeeeeeeeeen. suprised suprised suprised
Dev demishken. Shair olmedi. Shair burda daha da mukemmel doguldu. Daha da ferqli, daha da ..... daha da ....... suprised suprised suprised

İyul 2, 2008 16:29
4
Natiq yazıb:

cry cry cry Perviz abi qurban olum olmede nolllar

İyul 2, 2008 17:49
5
Gülər yazıb:



Все пройдет-этот вечер, солнце и жизнь:
восторжествует зло, случится непопровимое.
И только ты останешься со мною навеки, неразлучно,
друг закатных дней моей жизни.


(Альберто Вальдивия.)

İyul 2, 2008 17:56
6
Gülər yazıb:


"Ölümə də göyçək doğulmaq gərək!" - deyən bir şairin göyçək bir ölümü...

İyul 2, 2008 18:02
7
Pərviz yazıb:

Sağ olsun şairin ruh və söz dostları!

Şairin başsağlıqlarını qəbul eləmək də MƏN-ə düşdü... Heç sevənlərindən düşməzdi!

Madam ki, bu görəv mənə düşdü, dostlar, üzr pullarını bir az bol eləyin, borcum var, qaytarım...

İyul 2, 2008 21:29
8
sima yazıb:

deyəsən, Alma qəzetindəki intihaq haq. yazıdan sonra İlham pərisi səni ziyarət edərək bu şeiri yazmağa həvəsləndirdi... smile
"barı son kərə
içinə dünyadan işıq düşə" - amma müdriklər deyir ki, işıq kənardan deyil, sənin öz içindən dünyaya axmalıdır

İyul 3, 2008 21:21
9
Pərviz yazıb:

Sima xanım, şərhə görə çox sağ ol. Ama təəssüf ki, mən "Alma"nı oxumuram, təsadüfən, uşaqlar verəndə baxıram və o yazını da oxumamışam. Bu şeirdə isə intihardan ümumiyyətlə söhbət getmir. Və mən də intiharın istənilən formasına absurd kimi baxıram və meylimi də bir elə çəkmir.
"Alma"ya isə çalışıb bir göz ataram. Görüm intihar eləyən kimdi.

İyul 3, 2008 22:00
10
sima yazıb:

Əzizim Pərviz, bir yaradıcı adam kimi bilirsən ki, oxuduğun, ya gördüyün hər şey eyni şəkildə təzahür etmir əsərlərdə, yəni, intihar haq. oxuyub intihaq haq. yazmırlar, ölüm, ayrılıq, əbəs cəhdlər və s. haq. yazarlar. Ölüm mövzusuna toxunduğun üçün ehtimal etmişdim ki, buna səbəb Alma ola bilər, demək, ehtimallar yanlış smile

İyul 4, 2008 15:56
11
Özgür yazıb:


Şairin başsağlıqlarını qəbul eləmək də böyük şərəfdir.
Ölümünə sevinən adam da bilə. Şairlər ölmürlər.
Ona görə yox ki, hər şair öz şeir- misra- sözlərinin içində, bunları oxuyan hər kəslə birgə yaşayır.
Ona görə ki ŞAİR-lik ruhi bir halətdir. Ruh isə ölümsüzdü.
Başsağlığı gözləyən və verənlər də əbəs əziyyətə düşməsinlər.

*********

Sima.
Məyər ki “Alma”da mənalı nəsə var, şairin vaxtını alırsan?
Bir ovuc özü-özünü postmodernist adlandıran uşağın sərsəm cızma- qarasından savayı?
Ama yox, içlərində “ağıllıları” da var: - “Yox Allahdır” deyən blasfemik “filosof”...
Bu səfsətəçi uşaqları, (həkim-jurnalist M.Süleymanov demişkən “modern” düşüb “post” qalanda) modern çağları gedib də post dövrlərini yaşayanda görərik. Yaşasaq görərik.



İyul 4, 2008 17:01

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha