Ayr. 96%

Gözlədiyimdən
tünd oldu
bu ayrılıq.
Bəs-bəlli,
tər-təmiz
sevgidən çəkildiyi.
Bir “əlli”,
deyə-deyə,
aludəsi oldum
bu zəhrimarın.
Və mən
əməlli-başlı
keflənməyimin
fərqindəyəm
yenə.
Bax,
dilim də
söz tutmur,
üzüm də əcayib
dartılıbdı
dörd yana...
Bu suratda
millətin
üzünə çıxmaq ayıb...
Gedim,
bir az içim,
ayılım...
Və sənə SÖZ!
Bu gündən
bir yolluq atıram daşını
ayrılığın!
27.06.08.
Açar sözlər: dəfnəli-şeir
Şərhlər
Gerçəkdən də tünd şeirdi.
Hər ayrılıq növbəti yeniliyin, yeni mərhələnin, yeni tanışlığın, yeni sevginin başlanğıcı ola bilər. Daşını atma.
Perziv, tebrik edirem. Gozel alinib...
Hmmm. Sene bir sirr acim, amma hec kime deme.
Girib blogumu oxuyarsan.
Salam sheir birz tundolub
ickideki yaramairsa at getsin
sheirdeki foto lap ela alinib
Nehayet ki KONSEPSIYAli bir seir yazdin. Men sene deyende ki KONSEPSIYAli seir sende alinir inanmirdin. O biri seirlerini de oxu bunu da...
Yasasin KONSEPSIYA
Ramin, iş ondadı ki, mən məhz bu dəfə konsepsiyasız şeir yazmışam və İlham Pərimə də konsepsiya ilə bağlı SÖZ vermişəm.
Ama sənə də şad xəbərim var: Şair öldü!
Sabahda-zadda xəbərini "İç-içə"dən alar, sən də rahatlarsan. O ölümün sonunda sən dediyin konsepsiya var - qan-qırmızı.
Allah rəhmət eləsin...
Eslinde Perviz aragadan yox, sevgiden serxoshdur. Ve bu sevginin hesretini, acisini cekmek daha hezz verir ona, neinki sevgilisi ile qovushmaq. Ona gore ayriliq deyir. Ve axirda soz verir ki, qovushacayiq. Daha besdir hesret cekdim.
Mence beledir. Ele deyilmi, Perviz qardash?


Açığı, araqdan kütləvi imtina heç də xoş tendensiya deyil vallah. Elçin Səlcuqun arxasından Pərviz. İçməyə adam tapmayacağıq deyəsən..
İyun 29, 2008 10:42Aldanma şair sözü əlbəttə yalandır. Füzulinin bu məntiqi ilə şeirə yanaşsaq daha yaxşı olar.
Şeir yaman tünd oldu...