GƏL, TƏZƏDƏN GÖRÜM SƏNİ

İşsiz-gücsüz oturmuşam,
bilmirəm ki,
nə unudum.
Gəl,
təzədən görüm səni,
görüm ki,
yenə unudum.
Gah sev məni,
gah at məni,
göz yaşında
oynat məni...
Min yol öldür,
dirilt məni,
qoy,
dönə-dönə unudum...
Açar sözlər: dəfnəli-şeir
Şərhlər
Adam, rahat oturmusan da.
Unutduğunu təzədən görmək,
ölüb dirilmək də nəyinə gərək?
cox maraqlidir hemde felsefidir buna sherh yazmaqda cetinlik cekirem hormetli yazarimiza uqurlar dileyirem gel tezeden gorum seni
Maraqli idi, Perviz. Amma bu sefer deyesen icin unutmaq isteyir.
Gəl,
təzədən görüm səni,
görüm ki,
yenə unudum.
Bu misralar daha ferqli gorsendi menimcun.
Icinde gozel obraz yaratmisan.
Onun eshqile olmek sene hezz verir deyesen.
Bu sheiri iki cur anlamaq olar. Belke de icinde ikisini de birden yaratmisan. Belke de birini. BIr terefden baxsaq, sevgiliye, bir terefden baxsaq azadliga.
Indi hansidir? Sen de...
yaxçı yazıbsan. Amma gündə min dəfə ölüb dirilən üçün adi cəhddi.
İyun 27, 2008 15:17
B. adam!
Düzü, daha nəsə yazmağım belə gəlmir...
Min yol öldür,
dirilt məni,
qoy,
dönə-dönə unudum...
duygusal idi. ugurlar arzulayiram


İyun 26, 2008 13:45Göz yaşında boğulmaq olur.