www.ichiche.azeriblog.com::::::::::::: Bir ortaq havamız olmadı - dinləyib ortaq olmayan zamanlarda, məkanlarda, inləyib eşq içi tökək. Bir ortaq havamız olmadı - yanımızdakının havasından boğulanda çəkək içimizə, sən orda tək, mən burda tək. Bir ortaq sözümüz belə olmadı, dünyada... eşitsək bir iç çəkək: “Ay da... ay da...” Biz, ayrı yaşadıq, gülüm, birimiz yerdə, birimiz Ayda. Yaşadıq barı! Ay daaaaa... 02.07.08. İÇ-İÇƏ - içi olanların EVİ
Reklam verin!
HostGator
Azad Soz - Azad ruh

SÜRPRİZ

 

 

 

 

...

pıçapıç...

pıçapıç...

düz bir saat...

yağmur nə danışdı,

pıçıldadı

evlərin qulağına,

damına,

həyətinə,

torpağına,

qumuna,

ağacların yarpağına...

bilmədim,

duymadım.

qürurdan

özümü

o yerə

qoymadım.

Az sonra

gün çıxdı.

Bu arada

səndən

sürpriz məktub gəldi.

Açdım

zərfdən

düyün çıxdı.

Pıçapıç

Nikolaydanqalma

tikilməmiş

bir ev yıxdı...

23.06.08


Açar sözlər: dəfnəli-şeir 

Yazar: PARVİZ | Tarix: İyun 23, 2008 11:48 | poeziya | Şərhlər(7) | Baxış sayı: 190

Şərhlər

1

Maraqli. ZOr. grin Thanks...

İyun 23, 2008 23:59
2
Özgür yazıb:

Açılan zərfdən
düyün çıxır.
Bəs onu göndərənin içindəki düyünlər? Düyünə düşmüş daha nələr...

İyun 24, 2008 12:48
3
Korpe yazıb:

Yagishin pichapichi chox xoshuma geldi. smile

İyun 24, 2008 13:59
4

yagishdan yazmaga mene ilham verdin. smile thanks.

İyun 24, 2008 20:21
5
ulvi yazıb:

Bizdeki yağmur pıçıldamıyor. İnşallah yakında geleceğim baküye yağmur pıçıltısı duymak için. Çok hoşuma gitti pıçıltı sesi perviz yüreğine sağlık, var ol.

İyun 24, 2008 21:28
6
Pərviz yazıb:

Canım qardaşım, Ülvi bəy!

Görünür, Türkiyədə bir balaca demokratiya var və yağmurun pıçıldamağına gərək yoxdu, elə ucadan da danışa bilirlər. Bizdə isə pıçıldamaq zorunda dünya...

İyun 24, 2008 22:19
7
ulvi yazıb:

Perviz kardeşim sizde pıçıldıyır yine bizde pıçıldamadan götürürler, sessiz sessiz.Telekom,petkim,bankalar giderken bana sormadılar hangi demokrasi,nerde o ALLAH Askerimizi ve Cumhuriyet savcılarımızı eksik etmesin bu milletin başından.Benimki benden gidenden sonra hesap sorulsa ne çıkar.ALLAH'A EMANET OLUN.

İyun 24, 2008 23:30

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha