Azad Soz - Azad ruh
AY BULUDA GİRDİ
Ay
buluda girdi.
Bulud qaraydı,
bozardı,
uddu Ayın
işığını.
Ama
Ayın ürəyi qaralmadı,
bulud çəkildi,
Ay təzədən
doğuldu.
Ay
buluda girdi,
mən
sənin ürəyinə.
Nəfəsin qaraldı,
ürəyin çəkildi,
mən boğuldum.
Ay
yeni buluda girdi...
Mən görmədim,
mən dənizdəydim,
mən
dənizin dibindəydim.
...Mənə
balıqlar
xəbər gətirdi.
16.06.2008
Açar sözlər: dəfnəli-şeir
Şərhlər
3
Özgür yazıb:
Körpə, səni... tez böyüyəsən və dənizdə boğulasan.
İyun 19, 2008 12:30
4
elyad musəvi yazıb:
salam
qaldırım ayaqlarının altında yeni bir bloq achmişam və sizin sevimli ayaq izlərinizi habelə dəyərli sərhlərinizi gözləyirəm.
buyurun lütfən
hrmətlə
elyad musəvi
7
Pərviz yazıb:
Sağ olun dostlar!
Hər xoş söz bir neçə xoş an deməkdi. Bu da bu halımızda elə "əsrə bərabərdi"...


Seni yarandan qana...........................

İyun 17, 2008 18:14Mene hec xeber getiren baliq da yoxdu