Azad Soz - Azad ruh
VARMI MƏNİ ÖTÜRƏN
Başım
rədd olub
Qərbə yollansın
çiynimdən
ildırım sürətiylə
qoparaq.
Ayaqlarım
itilsin gözümdən
atılsın,
qurtulsun,
tullansın,
ürəyimi də
belinə alsın
bir baş Şərqə sarı...
Sağ qolum -
Cənuba,
sol qolum -
Şimala
ayırsınlar yolları.
Daha qala bilmirəm,
çıxıb getmək istəyirəm.
Varmı məni ötürən?
Nəşim qoy yerdə qalsın,
canavarlar götürər...
14.06.08
Açar sözlər: dəfnəli-şeir
Şərhlər
2
Pərviz yazıb:
Sağ ol, canım-qardaşım, Ülvi bəy.
Allahın nuru həmişə qapına düşsün.
3
Natiq yazıb:
Super. Seir de ritm de var fikir de. Amma abimiz oz funksional orqanlarina qarshi cok aqressivimish yaman.
4
Guler yazıb:
Cənuba, Qərbə
Şimala Şərqə sarı... gedeni yola salib ardinca bir parch su atmaq ele de asan deyil...
Ama esas mesele yerdeki neshin yaninda qalib canavarlara yem olmaqdan qorumaqdi.
5
PƏRVİZ yazıb:
Gülər xanım!
Sən nəşi boşla getsin. İmkanın varsa, ondan ayrılacaq ruhu canavarlardan qoru.
6
безумец yazıb:
Sadece soz tapa bilmirem. Cox gozeldir dogurdan. Senin sherlerin cox gozeldir.


Gel kardeşim TÜRKİYE de kapım sana açık
İyun 14, 2008 13:45